1. Xidmət haqqında
Salam Sesame — Alkin Group MMC tərəfindən təqdim olunan, uyğun avtomatik giriş qurğularına mobil tətbiqdən komanda göndərməyə və giriş hüquqlarını idarə etməyə imkan verən xidmət və cihaz həllidir.
2. Qeydiyyat və hesab
İstifadəçi ad, soyad, telefon nömrəsi və e-poçt ünvanı ilə hesab yaradır. E-poçta göndərilən birdəfəlik kodla təsdiq tələb oluna bilər. Qeydiyyatın tamamlanması öz-özlüyündə cihaz və ya giriş səlahiyyəti yaratmır.
3. Cihaz və giriş hüquqları
Salam Sesame şəxsi cihazlar və yaşayış komplekslərinə aid cihazlar üçün istifadə edilə bilər. Giriş hüququ müvafiq cihaz üzrə səlahiyyət və qüvvədə olan abunəlik şərtlərinə əsasən verilir. Bir istifadəçinin fərqli cihazlarda fərqli rolu ola bilər.
4. Komendant və digər istifadəçilər
Yaşayış kompleksi üzrə səlahiyyətli komendant sakinləri dəvət edə, uyğun giriş hüquqlarını idarə edə bilər. Səlahiyyətli abunəçi ailə üzvlərini əlavə edə bilər. Ailə üzvlərinin və digər istifadəçilərin giriş hüquqları onların ayrıca səlahiyyət və abunəlik şərtlərinə uyğun müəyyən edilir.
5. Qonaq girişləri
Funksiya aktiv olduğu hallarda səlahiyyətli istifadəçi birdəfəlik və ya müddətli qonaq giriş linki yarada bilər. Linkin aidiyyəti olmayan şəxslərlə paylaşılmasına yol verməmək istifadəçinin məsuliyyətidir.
6. Abunəlik və ödəniş
Salam Sesame üçün illik abunəlik modeli nəzərdə tutulur. Tariflər müraciətə, müştəri kateqoriyasına və razılaşdırılmış kommersiya şərtlərinə uyğun müəyyən edilir. Abunəliklə bağlı ödənişlər mobil tətbiq vasitəsilə həyata keçirilir. Avtomatik yenilənmə yalnız istifadəçinin ayrıca razılığı ilə və müvafiq funksiya aktiv olduqda tətbiq edilir.
7. Komandanın göndərilməsi
Mobil tətbiq uyğun cihaz vasitəsilə giriş avtomatikasına komanda ötürür. İstifadəçi cihazın internet əlaqəsinin, elektrik təchizatının və giriş mexanizminin işinin nəticəyə təsir edə biləcəyini qəbul edir. Əmrin qəbul edilməsi hər zaman fiziki qapının faktiki açıldığını və ya bağlandığını təsdiq etmir.
8. İstifadə qaydaları və məhdudiyyətlər
İstifadəçi başqasının hesabından icazəsiz istifadəyə, təhlükəsizlik sistemini pozmağa, linkləri qanunsuz məqsədlərlə paylaşmağa və giriş qurğularından təhlükəli qaydada istifadə etməyə yol verməməlidir.
9. Hesabın idarə edilməsi
İstifadəçi hesabın deaktiv edilməsi və ya məlumatların silinməsi üçün müvafiq kanallardan müraciət edə bilər. Deaktivasiya zamanı qüvvədə olan abunəliyin saxlanılması və hesabın yenidən aktivləşdirilməsi mümkündür. Fərdi məlumatların tam silinməsi ayrıca qaydada həyata keçirilir.
10. Dəstək və müraciətlər
Xidmət, quraşdırma və ya ödənişlə bağlı müraciətlər mobil tətbiqin yardım hissəsi və saytın Əlaqə bölməsi üzərindən təqdim edilə bilər.
11. Şərtlərdə dəyişikliklər
Bu şərtlərin aktual versiyası Salam Sesame-in rəsmi veb-saytında yerləşdirilir. Qanunla tələb olunduqda dəyişikliklər haqqında istifadəçilərə müvafiq bildiriş verilə bilər.